Bank Of Baku

USAİD Azərbaycanın ilkin səhiyyə xidmətləri sahəsində islahatlarına dəstək verir

USAİD Azərbaycanın ilkin səhiyyə xidmətləri sahəsində islahatlarına dəstək verir
# 27 sentyabr 2011 11:08 (UTC +04:00)
Bakı – APA. Səhiyyə Nazirliyi və digər yerli tərəfdaşlarla dörd illik uğurlu əməkdaşlıqdan sonra ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi “İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi” layihəsi 2011-ci ilin oktyabr ayında sona çatır. USAİD-dən APA-ya verilən məlumata görə, qapanışı qeyd etmək və son 4 ildə əldə olunan uğurları bölüşmək üçün layihə çərçivəsində yekun konfrans keçirilib.

USAİD-in Azərbaycan missiyasının direktoru Maykl Qrin deyib ki, əldə olunan irəliləyiş və Azərbaycan hökumətinin səhiyyə islahatlarına dövlət dəstəyini artırması, habelə səhiyyə və sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına olan münasibət onları ruhlandırır.

“Abt Associates” təşkilatı tərəfindən icra olunan layihə çərçivəsində səhiyyə sektorunda siyasətin gücləndirilməsində, səhiyyə informasiya sistemlərinin və səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsində, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün əsasın qoyulmasında, həmçinin vərəmin qarşısının alınması və müalicəsi, ilkin səhiyyə, ana, neonatal və uşaqlara qayğı sahəsində xidmətlərin təkmilləşdirilməsində Azərbaycan hökumətinə texniki yardım göstərilib. Layihə Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki rayonlarında həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR