Bank Of Baku

“Kommunal sektorda istehlakçı hüquqları: mövcud vəziyyət və problemlər” mövzusunda konfrans keçirilib

“Kommunal sektorda istehlakçı hüquqları: mövcud vəziyyət və problemlər” mövzusunda konfrans keçirilib
# 27 sentyabr 2011 11:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Kommunal sektorda istehlakçı hüquqları: mövcud vəziyyət və problemlər” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda “Konstitusiya” Araşdırmalar Fondu, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən həyata keçirilən “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinin yekunları haqda məlumat verilib və müzakirələr aparılıb. Fondun prezidenti Əliməmməd Nuriyev deyib ki, layihə çərçivəsində bir sıra əhəmiyyətli nəticələr əldə edilib, yeni müqavilə layihələri ictimaiyyətə təqdim edilib və müvafiq dövlət orqanlarına göndərilib. Ə. Nuriyev layihə çərçivəsində istehlakçıların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb.

Fondun ekspertləri Zaur İbrahimov layihə çərçivəsində bu il fevralın 7-dən fəaliyyət göstərən pulsuz hüquqi yardım xidməti vasitəsi ilə 400-ə yaxın vətəndaşa hüquqi yardım göstərildiyini deyib. Layihə çərçivəsində Nazirlər Kabineti və digər əlaqədar dövlət qurumları ilə aparılan yazışmalar barəsində məlumat verən Ələkbər Ağasıyev bildirib ki, məhkəmə və məhkəmədən kənar razılaşma yolu ilə istehlakçıların enerji hesabında qeyri-qanuni olaraq artıq hesablanmış 6 min manatdan artıq borcun silinməsinə nail olunub.

Sonra əhaliyə kommunal xidmət göstərən dövlət qurumlarının nümayəndələri çıxış edilər. Onlar istehlakçıların hüquqlarının qorunması istiqamətində təmsil etdikləri qurumların atdığı addımlar, problemlərin həlli istiqamətində görülən işlər barədə danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR