Bank Of Baku

Ümumi təhsildə kurrikulum islahatı və onun idarə olunmasına dair təlimlər keçiriləcək

Ümumi təhsildə kurrikulum islahatı və onun idarə olunmasına dair təlimlər keçiriləcək
# 27 sentyabr 2011 13:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Abşeron və dağlıq Şirvan, Gəncə-Qazax, Şəki-Zaqatala və Quba-Xaçmaz, Lənkəran, Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarının təhsil rəhbərləri üçün “Ümumi təhsildə kurrikulum islahatı və onun idarə olunması” mövzusunda təlimlər keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub. Xidmətlərin məqsədi ümumi təhsildə kurrikulum islahatına dəstək olaraq təhsil rəhbərləri üçün təlimin keçirilməsidir.

Təlimlər 2012-ci ilin iyun-avqust ayları ərzində keçiriləcək. Xidmətlərə maraq göstərən təşkilatlar bu il oktyabrın 17-dək Təhsil Nazirliyinə müraciət etməlidirlər. Həmin təşkilatlar müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsinə malik olmalıdırlar. Təşkilatlar Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçilməsi və işə götürülməsi qaydaları”na əsaslanan keyfiyyət və dəyərə əsaslanmış seçim metodu əsasında seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR