Bank Of Baku

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə MTN-in İdman Sağlamlıq Mərkəzində idman yarışları keçirilib – FOTO

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə MTN-in İdman Sağlamlıq Mərkəzində idman yarışları keçirilib – <font color=red>FOTO </font>
# 27 sentyabr 2011 14:13 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) tədbirlər planına uyğun olaraq İdman Sağlamlıq Mərkəzində idman yarışları təşkil olunub. MTN-in İctimai Əlaqələr Mərkəzidən APA-ya verilən məlumata görə, yarışda milli təhlükəsizlik orqanları əməkdaşları, eləcə də MTN-in Heydər Əliyev adına Akademiyasının kursant və dinləyiciləri iştirak edib.

Qeyd edilib ki, MTN-in İdman Sağlamlıq Mərkəzində (İSM) müxtəlif idman növləri üzrə mütəmadi olaraq yarışlar, turnirlər və spartakiadalar keçirilir. İSM-ə idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, gimnastika, trenajor zalları, soyunub-geyinmə, həkim, müəllim otaqları və duşxanalar daxildir.
MTN-in İdman Sağlamlıq Mərkəzinin “Titan” idman klubunun üzvləri mötəbər beynəlxalq və respublika əhəmiyyətli yarışlarda da uğurla çıxış edir. 2009-cu ilin iyun ayında İspaniyada keçirilən Kik-boksinq üzrə dünya çempionatında MTN İdman Sağlamlıq Mərkəzinin “Titan” klubunun üzvü V.İskəndərov birinci yerə layiq görülüb. 2011-ci ilin iyul ayında Bolqarıstanda keçirilən əlbəyaxa döyüş növü “Ciu-Citsu” üzrə beynəlxalq turnirdə isə M.Hacımuradov 69 kiloqram çəki dərəcəsində öz rəqiblərinə qalib gələrək birinci yeri tutub və qızıl medal qazanıb.
Sentyabrın 21-22-də İtaliyanın Linqano şəhərində ənənəvi olaraq idmanın müxtəlif növləri üzrə veteranlar arasında keçirilən “European Masters Games-2011” – “Avropa Usta Oyunları – 2011” beynəlxalq turnirin bitməsi ilə əlaqədar təntənəli mərasim olub. Bu kütləvi və nüfuzlu turnirdə peşəkar fəaliyyətlərini başa vurub, lakin yenidən sevdikləri idman növü ilə məşğul olan idmançılar iştirak ediblər. Turnirdə MTN-in İdman Sağlamlıq Mərkəzinin “Titan” klubunun üzvləri də öz qüvvələrini sınayıblar. Klubun üzvü A.Şamiloğlu yüngül atletikanın onnövçülük üzrə yarışlarında gümüş medala layiq görülərək ikinci yeri tutub.
İdman Sağlamlıq Mərkəzində milli təhlükəsizlik orqanlarının strukturları arasında da müxtəlif idman yarışları və turnirləri təşkil edilir. 2011-ci ilin mart ayında milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramına həsr olunmuş mini futbol turniri keçirilib. 32 oyundan ibarət turnirdə 22 komanda və 202 futbolçu iştirak ediblər. Qalib komanda keçici kubok və diplomla, 2-ci və 3-cü yerləri tutan komandalar isə diplomlarla mükafatlandırılıb. Bundan başqa, cari ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə şahmat yarışları keçirilib, 9 turdan ibarət bu turnirdə 29 iştirakçı öz bacarığını sınayıb.
“28 May Respublika Günü”nə həsr olunmuş daha bir idman növü üzgüçülük üzrə 22 iştirakçı arasında birincilik uğrunda yarış keçirilib. MTN-in İdman Sağlamlıq Mərkəzində bu il daha bir neçə idman yarışlarının keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR