Bank Of Baku

Göyçayın iki kəndində əhali içməli su ilə təmin edilib

Göyçayın iki kəndində əhali içməli su ilə təmin edilib
# 28 sentyabr 2011 00:06 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunun Bəydövül və Çaxırlı kəndlərinin əhalisi içməli su ilə təmin edilib. APA-nın məlumatına görə rayon mərkəzindən 20-25 kilometr aralıda yerləşən Bəydövül və Çaxırlı kəndlərində modul tipli yeni sutəmizləyici qurğuların quraşdırılması işləri başa çatdırılıb və əhali içməli su ilə təmin edilib. Yeraltı içməli su mənbəyi olmayan həmin kəndlərin ərazisində artezian quyularının qazılması səmərə vermədiyi üçün dövlət vəsaiti hesabına yeni sutəmizləyici qurğular quraşdırılıb. 1800 nəfər əhalisi olan Bəydövül kəndində 6 kilometr uzunluğunda su xətti çəkilərək 11 bulaq tikilib, 3200 nəfər əhalisi olan Çaxırlı kəndində isə 14 kilometr uzunluğunda su xətti çəkilərək 18 bulaq inşa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR