Bank Of Baku

Tahir Məmmədli: “Tədqiqatlar göstərdi ki, Azərbaycanda 10 bal gücündə zəlzələ ola bilər”

Tahir Məmmədli: “Tədqiqatlar göstərdi ki, Azərbaycanda 10 bal gücündə zəlzələ ola bilər”
# 28 sentyabr 2011 10:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Hazırda Azərbaycan ərazisində 79 aktiv zəlzələ ocağı var. APA-nın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli bildirib. Onun sözlərinə görə, 1991-ci ildə qəbul olunan və hazırda fəaliyyətdə olan seysmik rayonlaşdırma xəritəsi doğru deyil: “Tədqiqatlar göstərdi ki, Azərbaycanda 10 bal gücündə zəlzələ ola bilər. Şamaxı-İsmayıllı, Qəbələ zonası 10 ballıq ərazilər sayılır. Lənkəran zonası həmin xəritədə 8 ballıq zona kimi kimi göstərilir, amma o ərazi 9 ballıq zəlzələ zonasında yerləşir. Aran zonası 7-8 balılıq zəlzələ zonasındadır. Naxçıvan ərazisi ilə bağlı əlavə tədqiqatlara ehtiyac var. Muxtar Respublikanın ərazisi ilə bağlı tədqiqatlar azdır. Bizim tədqiqatlara əsasən, Qarabaq ərazisində aktiv zəlzələ ocağı yoxdir”.

T. Məmmədli deyib ki, Bakı ilə bağlı əldə edilən seysmik nəticələr əvvəlki nəticələrə uyğun gəlir: “Əvvəllki xəritədə də bu ərazi 8 ballıq zona kimi göstərilir. Bu 8 bal Xəzər dənizində, Abşerondan 50-60 km cənubdakı ocaq zonasından gələn seysmik təhlükədən yaranır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR