Bank Of Baku

Baş katib: ““İrəli” İctimai Birliyi MDB və Şərqi Avropada İSO 9001:2008 sertifikatı almış ilk gənclər təşkilatıdır” - MÜSAHİBƏ

Baş katib: ““İrəli” İctimai Birliyi MDB və Şərqi Avropada İSO 9001:2008  sertifikatı almış ilk gənclər təşkilatıdır” - <font color=red>MÜSAHİBƏ</font>
# 28 sentyabr 2011 11:40 (UTC +04:00)
- “İrəli” İctimai Birliyi keyfiyyət idarəetməsi üzrə İSO 9001:2008 standartının sertifikatını aldı. İSO 9001:2008 nədir və nəyə xidmət edir?
- Keyfiyyət faktoru “İrəli”nin fəaliyyətində daim önəm verdiyi əsas istiqamətlərdən biri olub. Fəaliyyətimizin ilkin dövrlərində xaotik və daha çox fərdlərdən asılı olan fəaliyyət göstərirdiksə bu gün artıq oturuşmuş təşkilatı mexanizmimiz var. Məhz sistemli fəaliyyət nəticəsində 30-dan artıq istiqamətdə layihələr reallaşdırırıq və fəaliyyətimizin genişlənməsi keyfiyyətə nəzarət mexanizminin daha da təkmilləşməsinin vacibliyini yaratdı. Bu səbəbdən “İrəli”nin fəaliyyətində İSO 9001:2008 standartının tətbiq olunmasına qərar verdik. Bu standart daha çox istehsal və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin idarəetməsində istifadə olunur. Bəlkə bu səbəbdən bizim bu standartı “İrəli”nin fəaliyyətində tətbiq etməyimiz bir çox dostlarımız tərəfindən təəccüblə qarşılandı. Bu standart idarəetmə mexanizmini tənzimlədiyinə görə çox çevik standartdır və bir çox sahədə tətbiq oluna bilər. Bəzi məqamları qeyd etmək istəyirəm. Standartın uğurlu tətbiqi, davamlı inkişafı təmin edən sistemin fəaliyyətinə birbaşa təsir edir. Dəyişməsi və ya inkişafı vacib olan proseslərə lazımı anda verilən reaksiya bəzi hallarda standartın tətbiq olunduğu qurumun fəaliyyətində kəskin inkişaf tempi müşahidə etməyə, fəaliyyətin bütün mərhələlərində prosedurların addım-addım dəqiqliklə yazılması və vəzifə səlahiyyətlərinin bölünməsi işçilərin üzərinə düşən məsuliyyəti hiss etmələrinə imkan verir. Keyfiyyət idarəetmə sisteminin tətbiqi işçilər arasından daha təşəbbüskar olanları aşkar etməyə imkan verir, digər tərəfdən də vəzifə səlahiyyətlərinin təkrarlanmamasının qarşısını alır. Standartın əsas mahiyyəti fəaliyyətin bütün mərhələlərinə nəzarət mexanizminin tətbiqidir ki, bu da layihələrimizin effektiv keçirilməsində vacib şərtlərdən biridir.

- İSO standartından sonra ictimai birliyin fəaliyyətində hansı dəyişiklikləri gözləyirsiniz?
- İstənilən standartın tətbiqindən öncə verilən bir sual var – “Bu bizə lazımdırmı”, “Bu standartın tətbiqi bizə nə verəcək?” Biznes müəssisələrinin rəhbərlərinin bu suala verdikləri cavab həmişə eyni və gözlənilən olur. Bazarda reytinq qazanmaq, müştərilərin inamını qazanmaq, beynəlxalq bazara çıxmaq, sənədləşmə mexanizminin sadələşdirilərək normaya salmaq, iş mexanizminin hər addımında nəzarəti gücləndirmək, işçilərin məsuliyyətinin artırılması və sairə. Əlbəttə, biz də ““İrəli”də bu standartın tətbiqinə ehtiyac varmı” sualını özümüzə verdik. Təşkilatın fəaliyyətini tam olaraq analiz edəndən cavab birmənalı sürətdə “bəli” oldu. Əgər 6 il öncə “İrəli” tələbə təşkilatı idisə, bu gün artıq həm tələbə, həm də gənc peşəkarların toplaşdığı təşkilatdır. Bu faktor təşkilatın struktur və idarəetmə mexanizminin daha da inkişaf etməsinə birbaşa təsir etdi. Təşkilatın istər strukturu istərsə də idarəetmə mexanizmi digər QHT-lərdən olduqca fərqlidir. Təşkilatın mexanizmi aparıcı idarəetmə sistemlərinin sinerjisidir. Əslində bu çox yaxşıdır. İctimai sferada fəaliyyət göstərən gəncin daha sonra biznes və ya dövlət işinə keçməsi zamanı adaptasiya olunması müəyyən vaxt alır. “İrəli”də biz hər iki mühiti sintez etməklə gənclərin inkişafı üçün maksimum şərait yaratmağa çalışmışıq.
Sevindirici haldır ki, gənclər “İrəli”də fəaliyyət göstərərək inkişaf edir, təcrübə yığaraq gənc kadr kimi yetişirlər. Təşkilata tələbə olarkən qoşulan üzvlərimizin bir qismi müəyyən müddət sonra ya xaricdə təhsil almaq üçün ya da iş təklifi alaraq ictimai fəaliyyətdə qazandıqları bilik və bacarıqları biznes, dövlət, media və s. digər sahələrdə tətbiq edirlər. Məhz buna görə təşkilatımız daxilində kadr dəyişikliyi çox sürətlə gedir. Yeni nəsil formalaşır və digərlərini əvəz edir. Yuxarıda qeyd etdiyim kimi İSO 9001:2008 standartı üzvlərimiz arasında daha təşəbbüskar olanları daha tez aşkar etməyə imkan yaradacaq.

- Bu standart insan kapitalının idarə olunmasında hansı üstünlüklər yaradır?
- Tətbiq etdiyimiz standartın əsas tələblərindən biri sənədləşmə mexanizminin standartlaşması və elektron sənəd dövriyyəsi məsələsidir. Artıq fəaliyyətimiz tam olaraq sənədləşdirilir və arxivləşdirilir. Üzvlərimizin elektron bazası sistemi daha da təkmilləşdirilib. Bu isə tədbirlərə kadr seçimi prosesini daha da asanlaşdırır. Tətbiq etdiyimiz sistem çərçivəsində hər bir üzvün şəxsi elektron anketi formalaşdırılır ki, bu anketdə üzvün “İrəli”yə gəldiyi gündən fəaliyyəti qeyd edilir. “İrəli” üzvünün təhsili, ünvanı, ixtisası, əlavə bilikləri, iştirak etdiyi və ya təşkilatçısı olduğu layihələr sistemə qeyd olunur. Lazım olduqda isə eyni anda bir neçə kriteri üzrə axtarış verməklə bu kriteriyalara daha uyğun üzvlərin siyahısını əldə edirik. Bu isə layihələrimizə daha layiqli üzvlərin cəlb olunmasına kömək edir, eyni zamanda vaxta qənaət etməyimizə şərait yaradır. Standartın həm də təşkilatın xaricdə sistemli iş mexanizminə malik bir qurum kimi tanınmasına şərait yaradır. Bu bizə təşkilat olaraq beynəlxalq layihələrdə iştirak və yaxud beynəlxalq təşkilatlarla əməkdaşlıq baxımından böyük üstünlük gətirəcək.

- Avropa və MDB-də bu sertifikatı almağa müvəffəq olmuş gənclər təşkilatı çoxdurmu?
- Bizdə olan məlumata görə “İrəli” MDB-də, həm də Şərqi Avropada İSO 9001:2008 sertifikatını almış ilk gənclər təşkilatıdır. Qərbi Avropada isə çox az sayda təşkilat bu standartı öz fəaliyyətində tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR