Bank Of Baku

Azərbaycanın yeni seysmik rayonlaşdırma xəritəsi ilə bağlı tədqiqatlar genişləndiriləcək

Azərbaycanın yeni seysmik rayonlaşdırma xəritəsi ilə bağlı tədqiqatlar genişləndiriləcək
# 28 sentyabr 2011 12:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın yeni seysmik rayonlaşdırma xəritəsi ilə bağlı tədqiqatlar genişləndiriləcək. APA-nın məlumatına görə, bu barədə “Seysmik rayonlaşdırmaya yeni yanaşma və Azərbaycan ərazisinin seysmik təhlükə səviyyəsinin yenidən qiymətləndirilməsi” mövzusunda keçirilən Yer elmləri sahəsində Ümumrespublika Konfransında qərara gəlinib. Konfransda çıxış edən Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli bildirib ki, seysmik rayonlaşdırma seysmik aktiv ərazidə yaşayan dövlətlər üçün çox önəmlidir. Amma hələ də zəlzələlərin proqnozlaşdırılması və seysmik rayonlaşdırma bütün dünya üçün problem olaraq qalır. Azərbaycanın hazırda fəaliyyətdə olan seysmik rayonlaşdırma xəritəsinin yenidən işlənməsinə ehtiyac olduğunu deyən T. Məmmədli bildirib ki, onun müəyyən elədiyi yeni metod əsasında Azərbaycan ərazisindəki potensial zəlzələ ocaqlarının xəritəsi qurulub, seysmiklik törədən zonaların ölçüləri ilə onlarda baş vermiş zəlzələlərin maqnitudaları arasında asılılıq müəyyən olunub. Həmin ocaq zonaları xəritəsi əsasında ölkə ərazisinin seysmik təhlükə xəritə-sxemi təşkil edilib.

Geologiya İnstitutunun geodinamika və seymologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov isə bildirib ki, yeni metodun təkmilləşdirilməyə ehtiyacı var: “Hazırda dünyada bir çox parametrləri nəzərə alan seysmik təhlükə xəritələrinin hazırlanmasına daha çox üstünlük verilir. Azərbaycanda da dünyada istifadə edilən metodlardan bəhrələnməklə seysmik təhlükə xəritələri silsilələri hazırlanmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR