Bank Of Baku

Gürcüstanda yaşayan azərbaycanlıların dərslik problemləri yaxın günlərdə həll ediləcək

Gürcüstanda yaşayan azərbaycanlıların dərslik problemləri yaxın günlərdə həll ediləcək
# 28 sentyabr 2011 12:53 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərə dərsliklərin göndərilməsi ilə bağlı yaranan problem yaxın günlərdə öz həllini tapacaq”. Bu barədə APA-ya Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. F. Şahbazlı deyib ki, həmin ölkədə yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərin dərslik tələbatını öyrənmək məqsədilə Gürcüstanın Elm və Təhsil Nazirliyinə ünvanlanan müraciətlərə yaxın günlərdə cavab alınacaq: “Mən dünən Azərbaycanın Gürcüstandakı səfirliyi ilə danışdım. Onlar bu işlə məşğul olduqlarını və Gürcüstanın Elm və Təhsil Nazirliyi ilə danışıqlar apardıqlarını bildirdilər. Hazırda həmin məktəblərin dərslik tələbatı öyrənilir və bir-iki günə bu haqda Azərbaycan tərəfinə məlumat veriləcək. Bundan sonra biz qısa müddət ərzində lazım olan bütün dərsliklərin Gürcüstana göndərilməsini təmin edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR