Bank Of Baku

Gəncədə DSMF-nin yerli şöbəsinin yeni binası istifadəyə verilib

Gəncədə DSMF-nin yerli şöbəsinin yeni binası istifadəyə verilib
# 28 sentyabr 2011 12:54 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbəsinin yeni inşa edilmiş binasının açılış mərasimi keçirilib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, mərasimdə DSMF sədri Səlim Müslümov və Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə iştirak edib.

S.Müslümov çıxışında bildirib ki, hazırda respublika üzrə yeni inşa olunmuş Sosial Müdafiə mərkəzlərinin sayı 71-dir: “Bu gün Gəncədə mövcud 20 800-dən artıq pensiyaçı, 8 min hüquqi və fiziki şəxs, eləcə də 45 mindən artıq sosial sığorta təminatına cəlb olunmuş vətəndaşlara xidmət yeni inşa olunmuş mərkəzdə ən yüksək səviyyədə həyata keçiriləcək”.

Çıxışlardan sonra binaya baxış keçirilib. Qonaqlar yeni inşa olunmuş binadakı iş şəraiti ilə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR