Bank Of Baku

Azərbaycan Dövlət Aqrar Universitetində sığorta-pensiya siyasəti mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində sığorta-pensiya siyasəti mövzusunda konfrans keçirilib
# 28 sentyabr 2011 14:01 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində “Müstəqil Azərbaycan Respublika-sı¬nın sığorta-pensiya siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

APA-nın Qərb bürosunun məlumatına görə, konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə iştirak edib.

Konfransda ölkədə aparılan sığorta-pensiya islahatları ətraflı müzakirə olunub. Bildirilib ki, sığorta-pensiya sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın sığorta-pensiya modelinin beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndiril-məsi ilə nəticələnib.

Konfransda “Azərbaycan sığorta pensiya sistemi müstəqilliyimizin mühüm nailiyyət¬lə¬rin-dən biridir”, ”Regional səviyyədə sığorta pensiya sisteminin səmərəli təşkili: problemlər və vəzifələr”, “Gəncədə sosial-sığorta pensiya fondunun yaradılmasının və istifadəsinin xüsusiyyətləri”, “Sığorta prosesinin iqtisadi təhlili və onun təkmilləşdirilməsi” mövzusun-da məruzələr dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR