Bank Of Baku

İntensiv yağışlar Lənkəranda yenidən problemlərə səbəb olub

İntensiv yağışlar Lənkəranda yenidən problemlərə səbəb olub
# 28 sentyabr 2011 15:57 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, yağıntı nəticəsində Lənkərançay və Veravulçay çaylarında suyun səviyyəsi 2 metrədək qalxıb. Bu isə yerli sakinlərin yük avtomobilləri ilə gediş-gəlişində çətinliklər yaradıb. Hələ iki həftə öncə sel sularının dağıtdığı 14 körpünün bərpası istiqamətində işlər davam etdirilsə də, işin tam başa çatmaması ilə bağlı 7 dağ kəndi ilə əlaqə demək olar ki, tam kəsilib.

Qeyd edək ki, intensiv yağışlar eləcə də Lənkəran-Lerik şosesinin 41-53-cü kilometrliklərində bir neçə yerdə uçqunlara və torpaq sürüşmələrinə səbəb olub. Bu yolun 53-cü kilometrliyində nəqliyyatın hərəkəti bir müddət tam dayansa da, 43 saylı Lerik rayon Yol istismar idarəsinin ağır texnikasının və işçi qüvvəsinin səyi nəticəsində yolda avtomobillərin hərəkəti bərpa olunub. Lənkəran-Lerik şosesinin 18-ci kilometrliyində isə torpaq sürüşmələri bu gün də müşahidə edilməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR