Bank Of Baku

Bakıda əməyin təminatında transmilli şirkətlərin iştirakı mövzusunda konfrans keçirilir

Bakıda əməyin təminatında transmilli şirkətlərin iştirakı mövzusunda konfrans keçirilir
# 29 sentyabr 2011 09:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində «Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr» mövzusunda konfrans keçirilib.

APA-Economics”in xəbərinə görə, konfransda Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin müvafiq strukturlarının məsul şəxsləri, beynəlxalq təşkilatların və diplomatik korpusun, parlamentin, sosial tərəfdaşların, transmilli şirkətlərin nümayəndələri iştirak edib.

Konfransda məqsəd hər bir iş yerinin, həmçinin transmilli şirkətlərdə olan iş yerlərinin işçi insanların layiqli həyatla bağlı ehtiyaclarını ödəyə biləcək səviyyəyə çatdırılması ilə bağlı səylərin gücləndirilməsinə nail olmaqdan ibarət olub.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində keçirilən konfransda ötən 20 il ərzində respublikamızda əldə olunan uğurlardan söz açılıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim iqtisadi tərəqqinin əsas hədəfi olduğu bildirilib. Qeyd olunub ki, sosial hüquqlar, o cümlədən işçi hüquqları ilə bağlı Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT və Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə fəal əməkdaşlıq edir. Ölkəmiz Yenidən Baxılmış Avropa Sosial Xartiyasının 18 maddəsinə qoşulmuş, BƏT-in 56 Konvensiyasını, o cümlədən BƏT-in əmək hüquqları sahəsində 8 fundamental Konvensiyasını ratifikasiya edib.

Qeyd edilib ki, transmilli şirkətlər respublikamızın iqtisadiyyatında mühüm yer tutmaqla bərabər, layiqli əməyin təminatında da bir çox komponentlər üzrə müsbət təcrübəyə malikdirlər. Bununla belə, konfransda transmilli şirkətlərin bir qismində əmək qanunvericiliyinə zidd olan hallara toxunulub və belə halların aradan qaldırılmasına diqqətin artırılmasının vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR