Bank Of Baku

USAİD ATƏT-in Bakı ofisinə Azərbaycanda insan alverinə qarşı mübarizə məqsədilə qrant verəcək

USAİD ATƏT-in Bakı ofisinə Azərbaycanda insan alverinə qarşı mübarizə məqsədilə qrant verəcək
# 29 sentyabr 2011 10:04 (UTC +04:00)
APA-nın məlumatına görə, qrantın dəyəri 730 min ABŞ dolları təşkil edir.

Sazişə uyğun olaraq USAİD ATƏT-in təhlükəsizlik və ədliyyə sektorlarındakı səylərinə dəstək göstərəcək. Aparılacaq iş nəticəsində insan alveri və məcburi əmək qurbanlarına yardım sahəsində hökümət və QHT-lər arasında əlaqələndirmə və maarifləndirmə fəaliyyəti artacaq. Qrant sazişi 2013-cü ilin sentyabr ayına kimi maliyyələşdiriləcək.

Tədbirdə çıxış edən USAİD-in Azərbaycan üzrə direktoru Maykl Qrin bu sazişin Azərbaycanda insan alverinə qarşı mübarizəyə yeni töhfə verəcəyini bildirib. ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay isə deyib ki, Amerika tərəfinin bu yardımı Azərbaycan hökumətinin ATƏT-in müvafiq öhdəliklərini icra etməsinə yardımçı olacaq.

ABŞ səfiri Metyu Brayza Azərbaycanın insan alveri ilə mübarizə sahəsində xarici tərəfdaşlar və beynəlxalq qurumlarla işbirliyinə sadiqliyindən məmnun qaldıqılarını söyləyib.

Sonra çıxış edən Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan alveri ilə mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev bəyan edib ki, imzalanan saziş bu istiqamətdə çox mühüm olan maarifləndirmə işlərinə yeni stimul verəcək. Onun sözlərinə görə, Azərbaycanın rəsmi qurumlarının bu sahədə beynəlxalq qurumlarla yaxşı əməkdaşlıq təcrübəsi var və yeni saziş bunu daha da gücləndirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR