Bank Of Baku

AMEA Tarix İnstitutunun direktoru: “Beş min illik tarixi olan xalq kimi öz tariximizi yazmalıyıq”

AMEA Tarix İnstitutunun direktoru: “Beş min illik tarixi olan xalq kimi öz tariximizi yazmalıyıq”
# 29 sentyabr 2011 10:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov verib. Onun sözlərinə görə, hazırda yeni Azərbaycan tarixinin konsepsiyası hazırlanır: “Bu, tamamilə yeni bir Azərbaycan tarixi olacaq. Bu, bizim tariximizi təhriflərdən xilas eləyəcək. İndiki Azərbaycan tarixi yalnız Azərbaycanın şimalını əhatə edib, Azərbaycan isə çox böyük səltənətdir. Bizim böyük imperiyalarımız olub. Azərbaycanın çoxlu tarixi torpaqlarını işğal ediblər. İndiyə kimi indiki Ermənistan Respublikasının, İrəvan xanlığının ərazisini Azərbaycan tarixinə salmadığımıza görə, o tarixi ermənilər özəlləşdirirlər. Azərbaycanın şimalda və qərbdə xeyli torpaqları zəbt olunub. Cənubi Azərbaycanın tarixi də çox qədimdir. Xalqımızın əhatə elədiyi keçmiş tarixi biz 3 cildlik Azərbaycan tarixində əhatə edəcəyik. Tarixin elə səhifələri olub ki, onun üstündən keçiblər. Biz isə 5000 illik tarixi olan xalq kimi öz tariximizi yazmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR