Bank Of Baku

Səttar Mehbalıyev: “Tikinti şirkətlərinin bir çoxunda işçilərin təhlükəsizliyi qorunmur”

Səttar Mehbalıyev: “Tikinti şirkətlərinin bir çoxunda işçilərin təhlükəsizliyi qorunmur”
# 29 sentyabr 2011 12:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. “Yerli şirkətlər arasında əmək qanunvericiliyinin tələblərinin pozulması sahəsində hazırda ən acınacaqlı vəziyyət tikinti şirkətlərindədir”. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, həmin tikinti şirkətləri arasında hansısa holdinqə daxil olan şirkətlər də, Ədliyyə Nazirliyində qeydiyyatdan keçib lisenziya alaraq fəaliyyət göstərən şirkətlər də var: “Onların bir çoxunda işçilərin təhlükəsizliyi qorunmur”.

S.Mehbalıyev qeyd edib ki, hündürmərtəbəli binalarda işləyən işçilər təhlükəsizlik ləvazimatları ilə təmin edilməlidirlər: “Onlar qoruyucu kəmərlərdən, kaskalardan, xüsusi geyimlərdən istifadə etməlidirlər. Şirkətlər həmin işçilərə isti yeməklər, qızmar günlərdə soyuq içkilər verməlidirlər. Bu cür işdə çalışanlar havanın hərarəti 40 dərəcədən artıq olduğu günlərdə işləməməlidirlər. Tikinti şirkətlərinin bir çoxu bu normalara əməl etmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR