Bank Of Baku

Azərbaycanda keçirilən kampaniya çərçivəsində Keniyada məskunlaşmış 2000 Somali ailəsinə bir aylıq ərzaq yardımı paylanıb - FOTOSESSİYA

Azərbaycanda keçirilən kampaniya çərçivəsində Keniyada məskunlaşmış 2000 Somali ailəsinə bir aylıq ərzaq yardımı paylanıb - <font color=red>FOTOSESSİYA</font>
# 29 sentyabr 2011 12:52 (UTC +04:00)
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Avrasiya Regional Mərkəzindən APA-ya verilən məlumata görə, bu aksiya DƏ-İKGF nümayəndələri və başqa beynəlxalq humanitar təşkilatlar tərəfindən həyata keçirilib.
Somali qaçqınlarına paylanan paketlərdə 5 nəfərdən ibarət hər bir ailəyə bir aylıq ərzaq ehtiyatı var. Ramazan bayramından sonra başlanmış ərzaq məhsullarının alınıb-paylanması prosesi bir neçə gün öncə sona yetib. DƏ-İKGF-nin Baş Ofisinin nümayəndələri dünən Keniyadan İstanbula dönüblər.
DƏ-İKGF baş katibi, səfir Elşad İskəndərovun sözlərinə görə, ilk dəfə olaraq Forum tərəfindən həyata keçirilən humanitar aksiyanın uğurla həyata keçməsinə baxmayaraq, qaçqın düşərgələrində yaşayan somalililərin vəziyyəti ağır olaraq qalmaqdadır: “İlk növbədə, əhali ərzaq, xüsusilə su çatışmazlığından, dərman azlığı səbəbindən yayılan xəstəliklərdən, sosial şəraitlərin faktiki yoxluğundan əziyyət çəkir”.
Qeyd edək ki, müqəddəs Ramazan ayında Somalidə kütləvi aclıqdan əziyyət çəkən əhaliyə yardım məqsədilə DƏ-İKGF-nin təşəbbüsü ilə Azərbaycanda beynəlxalq humanitar kampaniyaya start verilib. Kampaniyanın əsas məqsədi Azərbaycanda somalililərə yardım etmək istəyən insanlardan müvafiq maliyyə yardımlarının toplanıb bu ölkəyə çatdırılmasını təmin etmək olub. Kampaniya zamanı Ramazan ayının 10 iş günü ərzində Azərbaycanda 72 min dollardan çox maliyyə vəsaiti toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR