Bank Of Baku

Azərbaycanda ümumtəhsil məktəblərinin akkreditasiyadan keçirilmə qaydaları hazırlanıb

Azərbaycanda ümumtəhsil məktəblərinin akkreditasiyadan keçirilmə qaydaları hazırlanıb
# 29 sentyabr 2011 13:47 (UTC +04:00)
Bu haqda APA-ya açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib. H. Zərbəliyevin sözlərinə görə, ümumtəhsil məktəblərinin akkreditasiya qaydaları oktyabrda nazirliyin akkreditasiya şurasında müzakirə ediləcək: “Şura bu qaydalarla bağlı müsbət qərar qəbul etsə, bununla bağlı hüquqi qərar qüvvəyə minəcək”.
H. Zərbəliyev deyib ki, bu il Azərbaycanda ilk dəfə olaraq ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanılacaq. Akkreditasiya 11 pilot məktəbi (Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Gəncə şəhərində 27 saylı, Şirvan şəhərində 16 saylı, Bakıdakı 225, 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblər) əhatə edəcək.

Qeyd edək ki, indiyədək Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilib. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə bir dəfə) bir dəfə həyata keçirilir. Hazırda nazirlik tərəfindən məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyadan keçirilmə qaydaları hazırlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR