Bank Of Baku

Masallıda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Masallıda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə  həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTO</font>
# 29 sentyabr 2011 16:57 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan-20” başlığı altında ümumrayon tədbiri keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Olimpiya-İdman Kompleksində düzənlənən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev müstəqilliyimizin qazanılmasında və qorunub saxlanılmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açaraq, rayon ictimaiyyətini əlamətdar gün münasibəti ilə təbrik edib. Daha sonra tədbirdə Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov və Füruzə İbadovanın ifasında mahnılar səslənib. Konsertdə, həmçinin “Cavanşir” estrada qrupunun çıxışı da tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Tədbir rayon mərkəzində Heydər Əliyev adına parkda atəşfəşanlıqla yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR