Bank Of Baku

Beynəlxalq Əmək Təşkilatının nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub - FOTO

Beynəlxalq Əmək Təşkilatının nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub - <font color=red>FOTO</font>
# 30 sentyabr 2011 08:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA-Economics. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndə heyətini qəbul edib.

APA-Economics”in məlumatına görə, görüşdə S.Mehbalıyev təmsil etdiyi qurumun fəaliyyəti və qarşıya çıxan problemlər haqqında danışıb. O deyib ki, rəhbərlik etdiyi qurumun 1 mln.600 min nəfərdən artıq üzvü var: “Ölkənin bazar iqtisadiyyatına keçidi ilə əlaqədar Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinin sayında azalma tendensiyası baş versə də, artıq şirkətlərdə həmkarlar təşkilatlarının yaradılması bu problemin aradan qaldırılmasına səbəb oldu”.

Transmilli şirkətlərin fəaliyyətində işçilərin hüquqlarının pozulması hallarına da toxunan S.Mehbalıyev işçilərin hüquqlarının qorunması istiqamətində qəbul olunan qanunvericilik bazası və qurumun beynəlxalq əlaqələrindən söz açıb.

BƏT-in nümayəndə heyətinin rəhbəri, qurumun transmilli şirkətlər və sosial siyasət şöbəsinin direktoru xanım Rikarda Makfolsu isə deyib ki, iş yerlərində işçinin qarşılaşdığı problemlərin AHİK tərəfindən qabardılması diqqətə layiqdir: “Qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbinə uyğun həyata keçirilməli və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Fikrimcə, ölkəyə gələn transmilli şirkətlər qarşısında həmkarlar təşkilatlarının yaradılması şərt olaraq qoyulmalıdır”. O, təmsil etdiyi qurumun Azərbaycanda işləyən transmilli şirkətlərə həmkarlar təşkilatlarının yaradılması ilə bağlı tövsiyə verəcəklərini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər də müzakirə mövzusu olub. Sonda qonaqlara Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, BƏT BMT-nin əmək münasibətlərini tənzimləyən ixtisaslaşmış qurumlarından biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR