Bank Of Baku

Azərbaycanda yoxsulluğun səviyyəsi 67%-dən 9%-ə enib

Azərbaycanda yoxsulluğun səviyyəsi 67%-dən 9%-ə enib
# 30 sentyabr 2011 08:52 (UTC +04:00)
APA-ECONOMICS”in xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzulu Ələkbərov bildirib.

Onun sözlərinə görə, 2003-cü ildən bəri Azərbaycanda 930 min yeni iş yeri açılıb: “Hər il olduğu kimi, 2012-ci ildə də dövlət büdcəsində sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə artım gözlənilir”.

“Əsas məqsədimiz insanları yoxsulluq səviyyəsindən çıxartmaqdır. Təəssüf ki, bunu 100% etmək qeyri-mümkündür. Çünki bəzi insanlar özlərindən asılı olmayaraq işləyə bilmirlər, bəziləri isə müəyyən zaman kəsiyində yoxsulluqla qarşılaşırlar. Buna görə də dövlətin xüsusi sosial proqramları var. Bunlar müavinət sistemləri, ünvanlı dövlət sosial yardımlardır. Bu proqramlar konkret kateqoriyalardan olan insanların maddi rifahını yaxşılaşdırmaq üçün həyata keçirilir” - deyə nazir qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR