Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondu yeni elektron xidmətin tətbiqinə başlayıb - FOTO

Dövlət Sosial Müdafiə Fondu yeni elektron xidmətin tətbiqinə başlayıb - <font color=red>FOTO</font>
# 30 sentyabr 2011 09:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti elektron xidmətinin tətbiqinə dair təqdimat mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, yeni elektron xidmət sığortaedənlərdən hesabatların elektron formada qəbulunu nəzərdə tutan proqram təminatı əsasında hazırlanıb.

Onun sözlərinə görə, bu xidmət DSMF tərəfindən həyata keçirilən mühüm layihələrdəndir. Belə ki, elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan verəcək, insan amilinin rolunu son dərəcə azaldacaq, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasına gətirib çıxaracaq: “Hazırda DSMF tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, İKT-nin tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilməkdədir”.

Tədbirdə bir sıra nazirliklərin və beynəlxalq qurumların nümayəndələri iştirak edib.

Qeyd edək ki, hazırda Azərbaycanda dövlət məcburi sosial sığorta sistemində sığortaolunanların sayı 1 mln. 939 min nəfərdir. Yeni sistem bu ilin IV rübü ərzində elektron imza ilə uyğunlaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR