Bank Of Baku

Azərbaycanda pensiyaların hesablanması ilə bağlı 40 min müraciətə baxılır

Azərbaycanda pensiyaların hesablanması ilə bağlı 40 min müraciətə baxılır
# 30 sentyabr 2011 09:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda pensiya-sığorta sistemində aparılan islahatların ilk mərhələsi artıq başa çatıb. Nəticədə, təxminən 883 min nəfər təqaüdçünün pensiyasının məbləği yenidən hesablanıb. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədr Səlim Müslümov billdirib.

S.Müslümov bildirib ki, bu pensiyaçıların müavinətlərlə təmin olunması üçün hər ay dövlət büdcəsi vəsaitləri hesabına 33,675 mln. manat ayrılır.

Bununla yanaşı DSMF başçısı vurğulayıb ki, hazırda Fondda daha 40 min pensiyaçının ərizələrinə baxılır və bu, əsasən iş stajı ilə bağlı olan məsələlərdir. «Hesab edirəm ki, artıq ilin sonunadək həmin müraciətlərə baxılacaq», - deyə S.Müslümov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR