Bank Of Baku

Vəfadar Misirov: “Dövlət proqramına əsasən xaricdə təhsil alıb gələn məzunlar dövlət qulluğuna müsabiqədən kənar qəbul olunmalıdır”

Vəfadar Misirov: “Dövlət proqramına əsasən xaricdə təhsil alıb gələn məzunlar dövlət qulluğuna müsabiqədən kənar qəbul olunmalıdır”
# 30 sentyabr 2011 09:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, indiyə qədər Dövlət Qulluğu Komissiyasına belə məzunlardan müraciət edənlər var: “Amma onların sayı çox deyil. Xaricdə oxuyub gələn məzunlar dövlət qulluğuna o qədər də maraq göstərmirlər, daha çox başqa sahələrdə çalışırlar”.

V. Misirov deyib ki, hazırda 65 yaşla bağlı bütün dövlət qurumlarında ixtisarlar gedir: “Dövlət orqanları bu məsələni aktual məsələ kimi qarşıya qoyublar. Azərbaycanda dövlət qulluqçularının sayı 30 minə yaxındır. 65 yaşı tamam olanların vakant yerləri boş qalmayacaq. Bu vakant yerlər bizə təqdim olunacaq və gənc kadrlar tərəfindən tutulacaq. “Dövlət qulluğu haqqında” qanuna sonuncu edilən dəyişikliyə görə, dövlət orqanları 1 ay müddətində vakant vəzifələrlə bağlı komissiyaya məlumat verməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR