Bank Of Baku

Azərbaycan paytaxtında güclü külək əsəcək, bəzi bölgələrdə leysan gözlənilir

Azərbaycan paytaxtında güclü külək əsəcək, bəzi bölgələrdə leysan gözlənilir
# 30 sentyabr 2011 10:21 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə güclü şimal-qərb küləyi əsəcək. Gecə 12-15, gündüz 15-19 dərəcə isti olacaq.

Oktyabrın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, havanın gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 1-də yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 10-15, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Oktyabrın 2-də bölgələrdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 10-14, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR