Bank Of Baku

Peşə təhsili müəssisələrindəki vakant müəllim və usta yerlərinə sənəd qəbulunun vaxtı açıqlanıb

Peşə təhsili müəssisələrindəki vakant müəllim və usta yerlərinə sənəd qəbulunun vaxtı açıqlanıb
# 30 sentyabr 2011 11:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyi peşə təhsili müəssisələrindəki vakant müəllim və usta yerlərinə işə qəbulla bağlı sənəd qəbulunun vaxtını açıqlayıb. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsindən APA-ya verilən məlumata görə, vakant yerlərə sənədlərin qəbulu oktyabrın 3-dən başlayacaq və ayın 14-dək davam edəcək.

Qeyd edək ki, bu il peşə təhsili müəssisələrindəki vakant müəllim və usta yerlərinə işə qəbul üçün müsabiqə keçiriləcək. Hazırda peşə təhsili müəssisələrində təqribən 100 vakant müəllim və usta yeri var. Vakant yerlər haqqında məlumatlar bu günlərdə açıqlanacaq. Test imtahanın keçirilmə tarixi isə sənəd qəbulu bitdikdən sonra bilinəcək.

Hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, qalanları isə peşə məktəbidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR