Bank Of Baku

Corciya Dövlət Universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində olub – FOTO

Corciya Dövlət Universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində olub – <font color=red>FOTO</font>
# 30 sentyabr 2011 11:29 (UTC +04:00)
Universitetin prezidenti Mark Beyker, Biznes Məktəbinin dekanı Fenvik Hass və Keçid İqtisadiyyatlarında Biznesin İnkişafı Mərkəzinin direktoru Bijan Fəzlullahinin daxil olduğu nümayəndə heyəti Azərbaycan Universitetində olub. Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, heyətin universitetə səfəri oktyabrın 2-nə qədər davam edəcək. Səfərin məqsədi Azərbaycan Universiteti ilə CDU arasında 2008-ci ildən mövcud olan əlaqələri inkişaf etdirmək, xüsusi ilə yerli müəllimlərin təkmilləşdirilməsini, tələbə və müəllim mübadiləsini canlandırmaqdan ibarətdir. Tərəflər arasında Azərbaycan Universitetində “Kurrikulumun və müəllimlərin təkmilləşdirilməsi, tələbə, müəllim və tədqiqatçı mübadiləsi üçün proqramın detalları” adlı daha bir müqavilə imzalanıb.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Universiteti və Corciya Dövlət Universitetinin nümayəndələri təhsil naziri Misir Mərdanovla və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə görüşüblər
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR