Bank Of Baku

Lerik rayonunda torpaq sürüşməsi qeydə alınıb - FOTO

Lerik rayonunda torpaq sürüşməsi qeydə alınıb - <font color=red>FOTO</font>
# 30 sentyabr 2011 11:38 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Son zamanlar ölkənin cənub bölgəsinə düşən intensiv yağıntılar daha bir torpaq sürüşməsinə səbəb olub. APA-nın cənub bürosunun məlumatına görə, torpaq sürüşməsi bu dəfə Lerik rayonun Hamarmeşə kəndində qeydə alınıb. Kənd sakini Elşən Məmmədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində baş verən sürüşmə 3 metr dərinliyində olmaqla, 30 metrlik ərazini əhatə edir. Bu isə evin sakinləri üçün real təhlükəyə çevrilib. Kənd sakini Məmməd Məmmədovun sözlərinə görə, torpaq sürüşməsi E. Məmmədovla qonşuluqda yaşayan digər sakinlərin də həyətlərində müşahidə olunmaqdadır. Mövcud vəziyyət barədə müvafiq qurumlara da artıq məlumat verilib. Lerik Rayon İcra Hakimiyyəti başçısının Hamarmeşə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Alışov APA-ya bildirib ki, qəza yerinə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri torpaq sürüşməsinə son günlər bölgəyə yağan intensiv yağıntıların səbəb olduğu qənaətinə gəliblər. Onlar sürüşmənin hələlik aktiv olmadığını, lakin aktivlik müşahidə olunan təqdirdə ərazi üçün ciddi təhlükənin yaranacağını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR