Bank Of Baku

“Müstəqil Azərbaycanda sosial təminat” mövzusunda elmi-praktiki konfrans keçirilib

“Müstəqil Azərbaycanda sosial təminat” mövzusunda elmi-praktiki konfrans keçirilib
# 30 sentyabr 2011 11:49 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı “Müstəqil Azərbaycanda sosial təminat” mövzusunda elmi-praktiki konfrans keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinə nail olan Azərbaycan 1993-cü ildə azadlığını itirmək təhlükəsi ilə üzləşsə də, Heydər Əliyevin hakimiyyətə qayıtması bu təhlükənin qarşısını alıb.

F.Ələkbərov 20 il ərzində Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, bu illər ərzində ölkədə pensiya-müavinətlərin artırılması, əlillərin və şəhid ailələrinin mənzillə təminatı, işçilərin hüquqlarının təkmilləşdirilməsi və s. istiqamətlərdə tədbirlər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR