Bank Of Baku

Məleykə Abbaszadə: “Azərbaycanda rezidenturaya qəbul imtahanlarında iştirak üçün müraciət edənlərdən 37-si TQDK tərəfindən ali məktəblərə qəbul olunmayanlardır”

Məleykə Abbaszadə: “Azərbaycanda rezidenturaya qəbul imtahanlarında iştirak üçün müraciət edənlərdən 37-si TQDK tərəfindən ali məktəblərə qəbul olunmayanlardır”
# 30 sentyabr 2011 12:04 (UTC +04:00)
TQDK sədrinin sözlərinə görə, həmin şəxslər müxtəlif yollarla müxtəlif xarici ölkələrin ali məktəblərindən Beynəlxalq Universitet və Odlar Yurdu Universitetinə qəbul olunublar: “Onlardan heç biri 100 baldan yuxarı nəticə göstərməyib. Müsabiqədə həmin şəxslərdən 7-si iştirak edirdi. Çünki 70 baldan yuxarı nəticə göstərmişdi. Amma onlar müsabiqədən keçmədilər. Xəzər, Beynəlxalq, Odlar Yurdu universitetlərinə TQDK xətti ilə qəbul olunan məzunların nəticələri də o qədər yüksək deyildi. Onların arasında 100 baldan yuxarı nəticə göstərən 5-6 nəfər olub. İmtahanda əsas nəticə göstərənlər Azərbaycan Tibb Universitetinin məzunlarıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR