Bank Of Baku

Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi ilə görüşüb

Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi ilə görüşüb
# 30 sentyabr 2011 12:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk və proqram koordinatoru Fidan Ağacanova ilə görüşüb.
Nazirlikdən APA-ya verilən məlumata görə, M. Mərdanov görüşdə KOİCA tərəfindən Azərbaycan Texniki Universitetində həyata keçiriləcək “Təhsil informasiya sisteminin yaradılması” layihəsindən danışıb. Nazir əsas məqsədinin elektron təhsil sisteminin yaradılması olan bu layihənin dövlət başçısının yeritdiyi siyasətə uyğun olduğunu deyib.

M. Mərdanov yaxın günlərdə yeni layihələrin müəyyənləşdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR