Bank Of Baku

İmtahan qaydalarında əsas dəyişikliklər elektron imzanın tətbiqi ilə bağlı olacaq

İmtahan qaydalarında əsas dəyişikliklər elektron imzanın tətbiqi ilə bağlı olacaq
# 30 sentyabr 2011 12:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Oktyabr ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyətə başlayacaq elmi-metodiki seminarlarında bu ilin imtahan nəticələri və növbəti il üçün qəbul proqramlarındakı yeniliklər müzakirə ediləcək. Bundan sonra proqramdakı yeniliklər ictimaiyyətə elan olunacaq”. APA-nın məlumatına görə, bu sözləri TQDK sədri Məleykə Abbaszadə APA-nın sualını cavablandırarkən deyib. O bildirib ki, təşkilati nöqteyi-nəzərdən imtahan qaydalarında əsas dəyişikliklər elektron imzanın tətbiqi ilə bağlı olacaq. TQDK-da bununla bağlı 4 layihə işlənəcək və tətbiq olunan yeniliklər abituriyentlərə elan ediləcək. Gələn ilin imtahan qaydaları noyabr ayında təqdim olunacaq.

M. Abbaszadə qeyd edib ki, prezidentin fərmanına əsasən Nazirlər Kabineti dövlət sifarişli yerlərin planını bu ay TQDK-ya verməli idi: “Bu plan hələ TQDK-ya təqdim olunmayıb. Plan oktyabr ayında təqdim olunan kimi, TQDK tərəfindən elan ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR