Bank Of Baku

Avropa Şurasının “Pestalozzi” proqramı çərçivəsində təhsil işçiləri üçün təlimlər keçiriləcək

Avropa Şurasının “Pestalozzi” proqramı çərçivəsində təhsil işçiləri üçün təlimlər keçiriləcək
# 30 sentyabr 2011 13:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Avropa Şurası tərəfindən bu il “Pestalozzi” proqramı çərçivəsində müxtəlif növ təlim proqramları və seminarlar keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təlim proqramları, modul və seminarların məqsədi təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsidir. Bu proqramlar əsasən orta məktəb müəllimləri və orta məktəb sektorunda çalışan şəxslər üçün nəzərdə tutulub. İştirakçıların beynəlxalq nəqliyyat, eləcə də tədbir müddətində yemək və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

Həmin tədbirlərdə Avropa Mədəniyyət Konvensiyasına üzv olan ölkə kimi Azərbaycandan olan namizədlər də iştirak edə bilər. “Pestalozzi” proqramının təlim və seminarlarında iştirak etmək arzusunda olan namizədlər nazirliyin beynəlxalq əlaqələr şöbəsinə müraciət etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR