Bank Of Baku

Bakı və Sumqayıt şəhərlərinin sahil zolağında iməciliklər keçirilib

Bakı və Sumqayıt şəhərlərinin sahil zolağında iməciliklər keçirilib
# 30 sentyabr 2011 15:06 (UTC +04:00)
Bakı – APA. “Beynəlxalq Dəniz Günü” ərəfəsində Azərbaycanda “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq sentyabrın 30-da Bakı və Sumqayıt şəhərlərinin Xəzər dənizi sahil zolağında iməciliklər keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iməciliklərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə bələdiyyə, QHT nümayəndələri də iştirak edib.

Buzovna qəsəbəsinin sahil zolağındakı 20 hektar ərazi 15 m3-dən artıq, Sumqayıt şəhəri Nəsimi adına parkla Xəzər dənizi arasındakı sahil zolağının 5 hektar ərazisi isə 8m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.

Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR