Bank Of Baku

Rezidenturaya qəbul olunmuş şəxslər oktyabrın 3-dən 7-dək qeydiyyatdan keçməlidir

Rezidenturaya qəbul olunmuş şəxslər oktyabrın 3-dən 7-dək qeydiyyatdan keçməlidir
# 30 sentyabr 2011 15:11 (UTC +04:00)
Səhiyyə Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədlərin qəbulu ixtisaslar, tarix və saat nəzərə alınmaqla keçiriləcək.

Oktyabrın 3-də allerqologiya, anesteziologiya – reanimatologiya, dermatovenerologiya, endokrinologiya, epidemiologiya, ftiziatriya, genetika, gigiyena, hematologiya, immunologiya, kardiologiya, mamalıq-ginekologiya, oktyabrın 4-də mikrobiologiya, narkologiya, nefrologiya, nevrologiya, neyrocərrahiyyə, oftalmologiya, oktyabrın 5-də onkologiya, otorinolarinqologiya, patoloji anatomiya, məhkəmə tibbi ekspertiza, pediatriya, plastik cərrahiyyə, psixiatriya, qastroenterologiya, revmatologiya, sosial gigiyena və səhiyyənin təşkili, stomatologiya, oktyabrın 6-də şüa diaqnostikası, şüa terapiyası, terapiya, travmatologiya-ortopediya, ümumi cərrahiyyə, oktyabrın 7-də ürək-damar cərrahiyyə, urologiya, uşaq cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və yoluxucu xəstəliklər üzrə sənədlər təqdim edilməlidir.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR