Bank Of Baku

“İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanuna əlavələr edilib

“İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanuna əlavələr edilib
# 30 sentyabr 2011 15:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Milli Məclisi “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanuna əlavələr edib.

APA-Economics”in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında təsdiq olunan əlavəyə əsasən ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün POS-terminallar quraşdırılmalıdır.

POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək. Əlavəyə əsasən, POS-terminalın quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR