Bank Of Baku

Azərbaycanda əmək pensiyaçılarının 389 954 nəfəri ahıldır

Azərbaycanda əmək pensiyaçılarının 389 954 nəfəri ahıldır
# 01 oktyabr 2011 07:56 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanda əmək pensiyaçılarının 389 954 nəfəri ahıl vətəndaşdır. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”-ə verilən məlumata görə, onlardan 156 684-ü kişi, 233 270-i isə qadındır.

Məlumatda bildirilir ki, Azərbaycan dövləti tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir. Prezidentin 22 iyun 2001-ci il tarixində imzaladığı "Ahıllara sosial xidmət haqqında" qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan vətəndaşları, habelə Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.

Hazırda ahıl pensiyaçıların 294 778 nəfəri 70-80 yaş arası, 85 237 nəfəri 80-90 yaş arası, 9939 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR