Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarından ibarət nümayəndə heyəti Fransada səfərdə olub

Azərbaycan Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarından ibarət nümayəndə heyəti Fransada səfərdə olub
# 01 oktyabr 2011 07:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarından ibarət nümayəndə heyəti Beynəlxalq Miqrasiya Siyasəti İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsi çərçivəsində Fransada tanışlıq səfərində olub. Bu barədə APA-ya DGK-dan məlumat verilib.

DGK sədrinin müavini Rza Həsənəliyev bildirib ki, qeyd olunan layihə Azərbaycanda sərhədlərin idarə olunması sahəsində qurumlararası, həmçinin Azərbaycan, Gürcüstan, Avropa İttifaqına üzv dövlətlər, digər müvafiq beynəlxalq təşkilatlar arasında ikitərəfli və regional əməkdaşlıq səviyyəsinin artırılması, şəxslərin və malların hərəkətinin asanlaşdırılması və bununla yanaşı sərhədlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərinə yönəlib. Səfərin məqsədi Avropa İttifaqı çərçivəsində sərhədlərin idarəedilməsi sahəsində qabaqcıl təcrübə, əldə olunmuş nailiyyətlər, inkişaf perspektivləri ilə tanışlıq və müvafiq sahədə təcrübəyə yiyələnmək olub.

Səfər çərçivəsində Fransa və İtaliya sərhədində yerləşən Henday Polis və Gömrük Əməkdaşlıq Mərkəzlərinin funksiyaları və iş prinsipləri ilə tanışlıq məqsədi daşıyan səfərlər təşkil olunub. Daha sonra Paris şəhərində Beynəlxalq Əməkdaşlıq İdarəsi və sərhəd polisinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə Fransa Respublikası tərəfindən inteqrə edilmiş sərhədlərin idarə edilməsinin ümumi prinsipləri, bu sahədə qurumlar arasında məlumat mübadiləsi və əməkdaşlıq istiqamətləri barəsində məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR