Bank Of Baku

Bakının orta məktəblərində 338 vakant müəllim yeri kadrlarla təmin edilib

Bakının orta məktəblərində 338 vakant müəllim yeri kadrlarla təmin edilib
# 01 oktyabr 2011 11:47 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının APA-ya verdiyi məlumata görə, müsabiqənin birinci mərhələsinin nəticələrinə əsasən, 374 vakant yerdən 298-i kadrlarla təmin edilib. Qalan 76 vakant yerə qəbul olunan kadrlar isə işdən imtina ediblər. İmtina edilən 76 vakant yerin 2-si İbtidai sinif, 1-i Azərbaycan dili, 1-i Tarix, 6-sı Riyaziyyat, 1-i Coğrafiya, 2-si Kimya, 9-u İngilis dili, 3-ü İnformatika - 3, 2-si Gənclərin çağırışa qədərki hazırlığı (GÇQH), 11-i Fiziki tərbiyə, 2-si Əmək hazırlığı müəllimliyi ixtisası üzrədir.

Müsabiqənin ikinci turunda qalan 76 vakant yerdən 40-ı ehtiyat kadrlar hesabına işlə təmin edilib. Sektor müdirinin bildirdiyinə görə, hazırda paytaxt məktəbləri üzrə 36 vakant yer qalıb. Vakant yerlərdən 2-si Fizika, 8-i İnformatika, 2-si Biologiya, 11-i GÇQH, 2-si Əmək hazırlığı, 8-i Fiziki tərbiyə, 3-ü isə Musiqi və nəğmə fənləri üzrədir. Hazırda bu yerlərin ehtiyat kadrlarla təmini üzrə iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR