Bank Of Baku

Bakının təhsil müəssisələrinin rəhbərləri üçün treninqlər təşkil ediləcək

Bakının təhsil müəssisələrinin rəhbərləri üçün treninqlər təşkil ediləcək
# 01 oktyabr 2011 11:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn həftə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri üçün treninqlər təşkil ediləcək. İdarədən APA-ya verilən məlumata görə, treninqlər əmək qanunvericiliyi və kargüzarlıq məsələləri ilə bağlı olacaq. Ötən tədris ilində keçirilən treninqlərdən fərqli olaraq, budəfəki treninqlərə məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin müdirləri birgə cəlb olunacaqlar. Treninqlərə təxminən 200-ə yaxın şəxsin cəlb edilməsi nəzərdə tutulur. Treninqlərin təşkilində əsas məqsəd qanunlarda baş verən yeniliklərlə müəssisə rəhbərlərini məlumatlandırmaq və ötən tədris ilində keçirilən treninqlərin nəticələrini analiz etməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR