Bank Of Baku

Bakıda kibercinayətkarlıqla mübarizə mövzusunda konfrans keçiriləcək

Bakıda kibercinayətkarlıqla mübarizə mövzusunda konfrans keçiriləcək
# 01 oktyabr 2011 13:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Oktyabrın 6-7-də Bakıda “Kibercinayətkarlıqla mübarizə: bir çox sahələri əhatə edən kibertəhlükəsizliyin əsas vəzifəsi” mövzusunda konfrans keçiriləcək.

APA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə baş tutacaq konfransda kibercinayətkarlıq hallarının məhkəmə təqibi zamanı istifadə olunan hüquqi əsaslar, bu məsələyə dair beynəlxalq konvensiyalar, standartlar, cinayət və prosessual qanunvericilik sahəsində ən yaxşı təcrübələr müzakirə olunacaq.

Tədbirdə Azərbaycanın müvafiq dövlət orqanlarının və internet-provayderlərin, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR