Bank Of Baku

Zaqatalaya ilk qar yağıb

Zaqatalaya ilk qar yağıb
# 02 oktyabr 2011 15:58 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, son günlər Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə son iki gün ərzində vasilələrlə yağış yağıb, havanın temperaturu gündüz saatlarında müsbət 18, gecə saatlarında isə müsbət 7-8 dərəcəyə düşüb.

Oktyabrın 1-dən 2-ə keçən gecə şimal-qərb bölgəsinin əksər ərazilərində yağışlı və soyuq hava şəraiti hökm sürüb. Şimal küləyinin bölgədən keçməsi səbəbindən bu gecə Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Azərbaycanın şimal-qərb bölgəsindən keçən hissəsinə ilk qar yağıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR