Bank Of Baku

Azərbaycanda rezidenturaya daxil olan şəxslərin qeydiyyatı başlayıb

Azərbaycanda rezidenturaya daxil olan şəxslərin qeydiyyatı başlayıb
# 03 oktyabr 2011 07:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gündən rezidenturaya daxil olan şəxslərin qeydiyyatı başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri oktyabrın 7-dək Səhiyyə Nazirliyinə, hərbi tibb fakültəsinə qəbul olanlar isə Müdafiə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR