Bank Of Baku

Nazir Fatma Şahin: “Türkiyə ailə, sosial məsələlər və bu sahəyə aid digər məsələlərlə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”

Nazir Fatma Şahin: “Türkiyə ailə, sosial məsələlər və bu sahəyə aid digər məsələlərlə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”
# 03 oktyabr 2011 10:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Türkiyə ailə, sosial məsələlər və bu sahəyə aid digər məsələlərlə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Türkiyənin ailə və sosial məsələlər naziri Fatma Şahin deyib. Son illər Türkiyənin hər sahədə olduğu kimi, sosial sahədə də inkişafa nail olduğunu vurğulayan nazir, Azərbaycanda keçirəcəyi görüşlərdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklərini bildirib: “Qarşılıqlı əlaqələrin sıxlaşdırılması üçün ortada müvafiq sənədlər var. Əlaqələrin möhkəmləndirilməsi hər iki tərəfin istəyidir”.

Qonaq səfər çərçivəsində bu gün TürkPA və “Lider Qadınlar” İctimai Birliyinin birgə təşkil etdiyi beynəlxalq konfransa qatılıb. O, Milli Məclisin sədri Oqtay Əsədovla da görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR