Bank Of Baku

Azad Rəhimov Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri ilə görüşüb

Azad Rəhimov Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri ilə görüşüb
# 03 oktyabr 2011 10:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda səfərdə olan Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri Eva-Maria Auxun rəhbərliyi ilə kafedranın bir qrup müəllim və tələbə heyəti ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə çıxış edən A. Rəhimov bildirib ki, Almaniyada “Azərbaycan tarixi” kafedrasının fəaliyyət göstərməsi təqdirəlayiq haldır: “Biz çox istərdik ki, hazırda sürətlə inkişaf edən, dünyada nüfuzu getdikcə artan müasir Azərbaycanın keçdiyi şərəfli tarix öyrənilsin”.
Nazir deyib ki, ölkədə dövlət tərəfindən gənclər və idman sahəsinə xüsusi qayğı göstərilir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Proqramı gənclərin problemlərinin bütün istiqamətlərdə həllinə yönəlib. Hazırda Azərbaycan əhalisinin 66 faizini 35 yaşa qədər olan gənclər təşkil edir.
Eva-Maria Aux isə bildirib ki, Almaniyada Azərbaycana qarşı maraq böyükdür. Xüsusilə Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qalibiyyətindən sonra bu maraq daha da artıb. Almaniyada çoxlu Azərbaycanlı tələbələr təhsil alır. Bu da Almaniyaya Azərbaycanla bağlı daha çox məlumat gətirilməsi deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR