Bank Of Baku

Azərbaycan ərazisində hava sabitləşir

Azərbaycan ərazisində hava sabitləşir
# 03 oktyabr 2011 11:42 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, oktyabrın 4-də Bakı və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 18-23 dərəcə isti olacaq.

Oktyabrın 5-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 14-18 isti olacağı proqnozlaşdırılır.

Oktyabrın 5-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR