Bank Of Baku

Azərbaycanda rezidentura təhsili verəcək müəssisələrin adı açıqlanıb

Azərbaycanda rezidentura təhsili verəcək müəssisələrin adı açıqlanıb
# 03 oktyabr 2011 11:50 (UTC +04:00)
Azərbaycan Tibb Universitetinin tədris hissə müdiri Nəsimi Qasımovun APA-ya verdiyi məlumata görə, rezidentura təhsili verəcək təşkilatların siyasına Azərbaycan Tibb Universiteti (ATU) rəhbərlik edir. Rezidenturaya daxil olan 314 nəfərdən 148-i ATU-da təhsil alacaq. Qalanlar isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutu, Kübra Fərəcova adına Pediatriya Elmi-Tədqiqat İnstitutu, Kliniki Tibbi Mərkəz, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, B. Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfziologiya İnstitutunda rezidentura təhsili keçəcəklər.

Rezidenturanın hərbi tibb fakültəsinə daxil olan 14 nəfər isə təhsillərini Müdafiə Nazirliyinin tabeliyində olan Mərkəzi Tibbi Hospitalda davam etdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR