Bank Of Baku

“Məhkumlara Psixoloji Dəstək” mövzusunda dəyirmi masa keçirilib

“Məhkumlara Psixoloji Dəstək” mövzusunda dəyirmi masa keçirilib
# 03 oktyabr 2011 11:56 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində “Məhkumlara Psixoloji Dəstək” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə qeyd olunub ki, layihənin əsas məqsədi gənc psixoloqların penitensiar psixologiya sahəsində hazırlanması və gənc məhkumların psixoloji reabilitasiyası işinin həyata keçirilməsi olub.
Tədbirdə çıxış edən təşkilatın icraçı direktoru Elçin Salmanov bildirib ki, layihə çərçivəsində xüsusi təlim kursları və psixoloji seminarlar keçirilib: ”Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi ilə 10 Cəzaçəkmə Müəssisəsində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarlar təşkil edilib. Cəzaçəkmə müəssisələrində belə seminarların keçirilməsi həm məhkumların psixoloji reabilitasiyası işinin aparılması, həm də gənc psixoloqların praktiki vərdişlərə yiyələnmələrinə şərait yaratmaq məqsədi daşıyıb”.
Tədbirin sonunda qərara alınıb ki, məhkumlar azad olduqdan sonra onları ictimai həyata hazırlamaq üçün cəzaçəkmə müəssisələrində xüsusi psixoloji reabilitasiya mərkəzləri yaradılsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR