Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şagirdlərin məktəbli geyimlərinə keçidi üçün müəyyənləşdirdiyi vaxt başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şagirdlərin məktəbli geyimlərinə keçidi üçün müəyyənləşdirdiyi vaxt başa çatıb
# 03 oktyabr 2011 12:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) paytaxtın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin məktəbli geyimlərinə keçidi üçün müəyyənləşdirdiyi vaxt başa çatıb. Bu barədə APA-ya BŞTİ-nin sektor müdiri Zəminə Əliqızı bildirib. Z. Əliqızı deyib ki, məktəbli geyimlərinin alınması üçün vaxt oktyabrın 1-dək uzadılmışdı. Buna səbəb geyimləri indiyədək ala bilməyən valideynlərə şərait yaratmaq idi: “Hər bir təhsil müəssisəsindən şagirdlərin məktəbli formalarına keçidi ilə bağlı idarəmizə mütəmadi olaraq məlumatlar daxil olur. Paytaxt üzrə nə qədər şagirdin məktəbli geyiminə keçməsi haqqında ümumi məlumat yaxın bir həftə ərzində ictimaiyyətə açıqlanacaq”.
Z. Əliqızınin sözlərinə görə, Bakının ümumtəhsil məktəblərində şagirdlərin kütləvi olaraq məktəbli geyimlərinə keçidinin ilk ili olduğundan bu proseslə bağlı rəqəmlər qaneedicidir: “Amma bu geyimləri hələ də almayanlar var. Belə şagirdlər heç də tədris müəssisələrindən uzaqlaşdırılmayacaq. Sadəcə olaraq, biz onların valideynlərinə bir daha müraciət edirik ki, artıq bu formaları geyənlər yox, geyməyənlər seçilir. Yaranan fərqi özləri aradan qaldırsınlar”.

Qeyd edək ki, 2007-2008-ci tədris ilindən başlayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində məktəbli forması tətbiq olunur. 2010-2011-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün təhsil müəssisələrinin I-IV sinif şagirdləri vahid məktəbli geyiminə keçib. Bu il Bakıda 340 minə yaxın məktəblinin vahid məktəbli geyimindən istifadəsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR