Bank Of Baku

TQDK-da fənlər üzrə elmi-metodiki seminarlar başlayıb

TQDK-da fənlər üzrə elmi-metodiki seminarlar başlayıb
# 03 oktyabr 2011 12:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Oktyabrın 1-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə fənlər üzrə elmi-metodiki seminarlar başlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimllərinin iştirakı nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda başlayıb və eyni qrafiklə fəaliyyət göstərəcək.

Seminarlar ana dili və ədəbiyyat, Azərbaycan dili (rus bölməsi üzrə), ingilis dili, alman dili, fransız dili, kimya, fizika, rus dili və ədəbiyyatı, rus dili (Azərbaycan bölməsində xarici dil kimi), Şərq dilləri, tarix, biologiya, coğrafiya, riyaziyyat fənləri üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR